Cana, üzündəki o iki mahitabə bax!Qəlbimdəki bu dərdə, qəmə, iztirabə bax!

Zülfün xəmində xalına bax, dil edir kəbab,Rüxsarım üstünə tökülən xuni-abə bax!

Gül üzlərə tökəndə qara zülfü yel deyir:Eyvah, günəş üzünü tutan bir səhabə bax!

Cana, o səndə işvəyə bax, nazü qəmzəyə,Könlümdə dərdü möhnəti gör, səbrü tabə bax!

Qəm dalğası hücuma keçən dəmdə qəlbimə,Çeşmim kənarına yığışan bir hübabə bax!

Ayinəni alıb ələ fəxr etmə hüsnünə,Ömrüm xəzanı ahi-dili-bihesabə bax!

Kafir bu zülmü kafirə qılmaz, gözəl, rəva,Allaha bax, peyğəmbərə, quran, kitabə bax.

Макта — последний бейт с тахаллусом поэта. Şaiq çəkəndə şamü səhər ahi-dərdnak,Zülf ilə türrələrdə olan inqilabə bax!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви