Düzüb tərsa, o xalın həlqeyi-zülfi-çəlipayə
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Düzüb tərsa, o xalın həlqeyi-zülfi-çəlipayə,Gətirdin aşiqi-dilxəstəni fəryadü qovğayə.
Vurub rüxsarə naz ilə sən, ey tərsa qızı, zivər,Ucaltdın aşiqin əfğanını ərşi-müəllayə.
Uzaqdan qaş çatıb kin ilə baxma mən müsəlmanə,Mənim də vardır artıq sidqilə mehrim Məsihayə.
Mənimlə qaşların bir dost kimi davransa, nəzr etdim,Asım qəndil kimi bu canımı taqi-kəlisayə.
Geyirsən gündə min curə fason ol nazik əndamə,Xoşa ol pirəhən, camə, xoşa ol şalü dibayə.
Nə göyçəkdir o əndamın, o qəddü sərvi-bustanın,Fəda o nazik əndamə, nisar ol qəddü bəlayə.
Tamam ömründə İsayə de, etmiş zində bir mürdə,Bu tərsa həm dirildir, öldürür, gəlsin təmaşayə.
Yığıbsan aşiqin can riştəsin yeksər sən, ey tərsa,Edibsən zülfi-müşkinin ara pabənd qövsayə.
Gözün min can alır, yaqut dodağın can verir hər an,Fəda bu canım ol şəkkər ləbə, ol çeşmi-şəhlayə.
Макта — последний бейт с тахаллусом поэта. Alıbsan Şaiqin səbrü qərarın Şeyx Sənan tək,Apardın zülm ilə, tərsa, bu dini, canı yəğmayə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-duzub-tersa-o-xalin-helqeyi-zulfi-celipaye
Клавиши ← → для перехода, R — случайное стихотворение