Saqi, ayağa dur, gətir badə ki, yaz vaxtıdır,Mürği-könül, nəvayə gəl, suzü güdaz vaxtıdır.

Gülşəni-ol nigara get, ləlü ləbü üzarə bax,Nərgisi-çeşminin, könül, gör necə saz vaxtıdır.

Zülfi-xəmində əyləşib şərh elə hali-zarimi,Rəhm edə bəlkə dilbərim bəndənəvaz vaxtıdır.

Ağla, könül, fəraqidə, fürsəti fövtə vermə sən,Çünki bu gənc ömrümün durü diraz vaxtıdır.

Məndə bu əşki-zari gör, yardə əbri-rəhməti,Cuşü xüruşə gəl, könül, razü niyaz vaxtıdır.

Qaşına qiblədir deyə, səf çəkib ol müjən yenə,Söylə o qanlı gözlərə bu nə namaz vaxtıdır.

Nitqü bəyan açıb yenə tutiyi-təbi ənvərim,Ərseyi-şeridə çapır atını az vaxtıdır.

Макта — последний бейт с тахаллусом поэта. Hicri-qəmilə, ey gözəl, Şaiqi xəstə qılmısan,Gəl, o gözün fədası mən, indi nə naz vaxtıdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви