Gördüm o ruyi-ənvərini mən əbəs-əbəs
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Gördüm o ruyi-ənvərini mən əbəs-əbəs,Çapdım könül səməndərini mən əbəs-əbəs.
Saldım o şəmi-ruyinə pərvanə könlümü,Gördükdə arizi-tərini mən əbəs-əbəs.
Məcnun kimi məqam elədim kuhü dəştdə,Bildikdə eşq məzhərini mən əbəs-əbəs.
Atdım qəbanı, səbheyi-səddanəni tamam,Tutdum o xali-əsmərini mən əbəs-əbəs.
Təlx oldu zəhr tək mənə aləmdə şəhdü şir,Daddım o ləl ləblərini mən əbəs-əbəs.
Qıldım bu qəmli könlümü tel-tel, nişan-nişan,Gördüm o qara tellərini mən əbəs-əbəs.
Saldım ayağa göz yaşı tək seyri-gülşəni,Dərdikdə qəmzə güllərini mən əbəs-əbəs.
Can verdim ol vüsalına min şövq ilə, fəqət,Bir dərmədim səfa bərini mən əbəs-əbəs.
Макта — последний бейт с тахаллусом поэта. Oldum vüsali-ruyinə Şaiq, bu başımaQoydum cünunluq əfsərini mən əbəs-əbəs.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-gordum-o-ruyi-enverini-men-ebes-ebes
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səhnə Jirikovun çadırını təsvir edir.*Jirikov**. Zəhra qaçmış, heç inanmıram.
Qaraçı qız(Mövzusu S.S.Axundovun eyni adlı hekayəsindən alınmışdır)*İştirak edənlər
Birinci pərdəBirinci şəkilSəhnə, səhər çağı meşədə çay kənarında qaraçı düşərgəsini təsir edir. Qaraçı ailələri*
İkinci pərdəÜçüncü şəkilSəhnə meşəni təsvir edir. Bir-birindən aralı ağaclar, kol-kos. Yaxında bir kiçik*
Стихи других поэтов · О разлуке
ز دست این دم چون برف و اشک چون باران
Cövri-rəqib, sərzənişi-əhli-ruzigarCövri-rəqib, sərzənişi-əhli-ruzigarQoymaz qılam bu dərdi-dili yarə aşikar.
Gözümdən dəmbədəm axan qəmindən su degil, qandırGözümdən dəmbədəm axan qəmindən su degil, qandır,Ləbin qəndindən, ey can, gəl susamış canımı qandır.
Nigara eşqüñüñ fəryad əlindənNigara eşqüñüñ fəryad əlindənKi qalmaz hicrüñüñ azad əlindən