Gözümdən dəmbədəm axan qəmindən su degil, qandır
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Gözümdən dəmbədəm axan qəmindən su degil, qandır,Ləbin qəndindən, ey can, gəl susamış canımı qandır.
Vücudum şəhrini qıldı müsəxxər ləmyəzəl eşqin,Bu şəhristanda eşq olsun məlik daim ki, xaqandır.
Qaşınla kirpigin vəhyi mana gəldivü bildirdiKi, sənsən ərş ilə kürsü, üzün yazısı Qur’andır.
Gəl, ey hurisifət dilbər ki, qəmdən bağrımın içiSəba ol qönçəyə bənzər kim, ağzı dopdulu qandır.
Ənəllahın odundan kim, yanağın şəm’i yandırdı,Ləbi-lə’lindən afaqı həyatın abına qandır.
Rüxün şəm’i fəraqından könül pərvanətək yandı,Ulaşdır vəslə hicranı, həsudun bağrını yandır.
Sana huri əgər bir gəz qılırsa hüsnünü ərzə,Rüxün bədrin əyan eylə, üzündən anı utandır.
Camalın vəslinə canım susadı, yürəgim yandı,Könül hicrindən usandı, məni hicrindən usandır.
Xəyalın gərçi şad eylər məni hər gah, gah amma,Fəraqın qüssəsin gör kim, necə bihəddü payandır.
Fərağından axan yaşım məni qərq eylədi suya,Gözümdən yaşımı gör kim, nə seyl axır, nə tufandır.
Макта — последний бейт с тахаллусом поэта. Nəsimidən cüda yarı qılan həqdən cüda olsunKi, yarından cüda yarı qılan bidinü imandır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-gozumden-dembedem-axan-qeminden-su-degil-qandir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Yer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
GedirəmNə müddətdi cəlay-vətən olmuşam,Baş götürüb Gəncə deyib gedirəm.
Hicrani-yar eylədi halu dilim xərabHicrani-yar eylədi halu dilim xərab,Suzi-dərunim etdi cahan əhlini kəbab.
Verəli dil o qarə tellərə naşad olubamVerəli dil o qarə tellərə naşad olubam,Qanlı yaş cari edib, qəmlərə mötad olubam.