Götür niqabını xəlqə görün, ey şəmsü qəmər
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Götür niqabını xəlqə görün, ey şəmsü qəmər,Görüb utana ləbindən nabatü şəhdü şəkər.
Gözünü nərgisə kimdir ki, bənzədir, yarəb,O qafil bixəbər gör kim, necə qıldı nəzər.
Əbirü ənbər utandı camalını gördü,Saçın xəyalına irməz məşami-badi-səhər.
Əzəl günündə oxudum üzündə uş taha,Bu rəmzi kim, anı heç kimsə verməmişdi xəbər.
Səni bu lütf ilə kimdir deyən ki, ey dilbər,Bu surət ilə sana kim dedi ki, üştə bəşər?
Əzəldə düşdü camalın təcəllisi Tura,Ya Musa, anı mana sor ki, yandı nara şəcər.
Həqi bu rəsm ilə tanı, dəxi həqiqət bilKi, həq ilə yerü göy dopdoludur bəhr ilə bər.
Hur ilə insü mələk bəndə oldu cümlə sana,Bu hüsnə aşiq olmayanın adı oldu həcər.
Qələndər ilə təcrid, fəna – üçü birdir,Nə qəm, bu üçünə aləm olursa zirü zəbər.
Макта — последний бейт с тахаллусом поэта. Irişdi mö’cüzü həqqin Nəsimiyə çünkim,Anın üçün ki, ana həq dedilər əhli-nəzər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-gotur-niqabini-xelqe-gorun-ey-semsu-qemer
Клавиши ← → для перехода, R — случайное стихотворение