Güli-tərdən gülicək, arizinə ma tökülür
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Güli-tərdən gülicək, arizinə ma’ tökülür,Bağa gir, gör ki, necə laleyi-həmra tökülür.
Ənbərin sünbülünə badi-səba kim, iricək,Qoymağıl titrəməgə, ənbəri-sara tökülür.
Qara saçın ucunu salma ayağına, götür,Heyf olur nafeyi-tatara ki, hər ca tökülür.
Ləblərindən varalı Misrə xəbər, əttarın,Qutusundan dünü gün qənd ilə halva tökülür.
Aləmin başına tabəndə üzün şəm’indən,Xaliqin rəhmətidir, nuri-təcəlla tökülür.
Necə nömid olayım, çün gözümün əbrindən,Qətrə-qətrə üzümə hər yana dərya tökülür.
Sədəfin gərçi dəhanı doludur inci ilə,Açıcaq ləblərini, lö’löi-lala tökülür.
Hüsnünün vəsfini ta yazmağa əzm eyləmişəm,Qələmin dili ucundan qamu sevda tökülür.
Макта — последний бейт с тахаллусом поэта. Ta cüda düşdü Nəsimi ləbi-lə’lindən anın,Gözlərindən dünü gün lə’li-müsəffa tökülür.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-guli-terden-gulicek-arizine-ma-tokulur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Kiçik bir məktəbliyə*Bahar, bahar gəlmiş, yenə ilk bahar;
مایه حسن ندارم که به بازار من آییجانفروش سر راهم که خریدار من آیی
Nə DediSeyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.