Duma qatarıdır, uçan arzular,Sevdalı qəlbimdə bir nisgilim var.– Duyardım saçının ətrini ey yar,Min gülzar içindən seçərdim səni.

Aşiqəm məhəbbət təranəsinə,Qulaq as könlümün incə səsinə.– Əgər süzülsəydin eşq badəsinə,Şirin şərbət kimi içərdim səni.

Gündüzlər günəşdim, gecələr aydım,Ulduzlu göylərə nəğməmi yaydım.Vüsal çəmənində alaq olsaydın,Hicran orağıyla biçərdim səni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви