Gördüm camalın şəmini rövşən, məhi-taban budur
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Gördüm camalın şəm’ini rövşən, məhi-taban budur,Hüsnün təaləllah dedim, həqdən gələn bürhan budur.
Xızrın həyatı gör necə zülmətdə zahir oldu kim,Kövsər ləbindir aşiqə, can ilə həm canan budur.
Səcdə edər şəmsü qəmər, Zöhrəvü Mahü Müştəri,Hüsni-camalın görməgə, hurü mələk, insan budur.
Aşiqlərin rizvanı çün hüsni-rüxündür, ey sənəm,Ol aşiqi görmə əcəb kim, rövzeyi-rizvan budur.
Zərq əhlidir, yarəb, şəqi kim, tutmamış həq sözünü,Qılmadı səcdə adəmə, gör kim, bu gün şeytan budur.
Səb’ülməsanidir üzün, inna fətəhnadır xətin,Əlhəmdülillah, dür dişin, gör mə’dəni-hər kan budur.
Gülbərgi əkdim zülfünə, dağıldı üzün üstünə,Gül bərgidir bu yasəmən, xalın güli-reyhan, budur.
Макта — последний бейт с тахаллусом поэта. Qıldı Nəsimi qibləsin şol qaşları mehrabına,Qövli-Nəsimidir yəqin, ol həq deyən fərman budur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-gordum-camalin-semini-rovsen-mehi-taban-budur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gərçi fəraqə düşmüşəm, eyni-vüsal içindəyəm,Gəl nəzər eylə halıma gör ki, nə hal içindəyəm.
Gətir, gətir, gətir ol kaseyi rəvanpərvərНалей же, налей, налей мне чашу влаги живящей,Возьми же, возьми, возьми свой чанг, в сто ладов звенящий.
Görün ki, bəhri-məani nə qəsdi-can eylərGörün ki, bəhri-məani nə qəsdi-can eylər,Sifati-surəti-rəhmani xoş bəyan eylər.
Gözümdən dəmbədəm axan qəmindən su degil, qandırGözümdən dəmbədəm axan qəmindən su degil, qandır,Ləbin qəndindən, ey can, gəl susamış canımı qandır.
Стихи других поэтов · О любви
Kim verdi dünən bəzminizə bağdə zivər,Hansı qədi ərər?
Xədəngi-tiri-müjganın əsər qılmış dilü canəXədəngi-tiri-müjganın əsər qılmış dilü canə,Şikənci-türreyi-zülfün salıbdır rəxnə imanə.
Nə dediDilqəm*Qasidi-bizəval, ərzi-halımı,
AzərbaycanMən könlümü təzəcə eşqə düşənlər kimiPıçıldamaq istərəm – eşidilməsin səsim.