Görün ki, bəhri-məani nə qəsdi-can eylər,Sifati-surəti-rəhmani xoş bəyan eylər.

Qaşın, gözün nəzəri, bil yəqin ki, həqdəndir,Həqin nəzərgəhi bilgil nə tərcüman eylər.

Təriqət ər dilər isən həqiqətə başla,Həqə könül vericək eşq ona nişan eylər.

Bu gənci-vəhdətə gir gör sifati-ləmyəzəliKi, kafü nuna irişən özün əyan eylər.

Əyan gözün aça gör, yarı bigüman görgil,Ki, yarı görücügəz çox səna bəyan eylər.

Hədisi-eşqü məhəbbət vücud içində gəlirKi, nunü vəl-qələmin sirrini əyan eylər.

Макта — последний бейт с тахаллусом поэта. Gəl, ey Nəsimiyi-sərgəştə, canı tərk eyləKi, can qəfəsdən uçar, əzmi-cavidan eylər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви