Mən könlümü təzəcə eşqə düşənlər kimiPıçıldamaq istərəm – eşidilməsin səsim.Sevgi etirafımı, bu vurulan qəlbimiElə açmaq istərəm bir kimsə eşitməsin.

Eşqimi ovuc-ovuc torpağına, daşınaSəpərəm, qız başına şabaş səpənlər kimi.Səni öpmək istərəm – düz on səkkiz yaşınaTəzəcə qədəm qoyan qızı öpənlər kimi.

Uğrunda həyatımı qurban vermək istərəm,Eşqin təntənəsiyçün can qurban edən kimi.Səni bütün dünyaya mən göstərmək istərəmSevdiyim qız kimi yox – sevdiyim Vətən kimi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви