Mən sənin eşqinin asimanındaAya, ulduzlara çatmaq istərəm.Min-min səadəti boyunbağıtəkMən sənin boynuna asmaq istərəm.

Bir sən, bir mən olum, bir uçuq kaha –Heç nə istəmirəm taledən daha.Bütün kədərini alıb çox baha,Sevinci havayı satmaq istərəm.

Yaşayım yüz il də, milyon da, min də –Həyatım bitəcək həmin o gündə,Sənin gözlərinin dərinliyindəBoğulmaq istərəm, batmaq istərəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов