Yox, yox, az olmayıb çətin anlarım...Dərdim də, qəmim də az olmayıbdır.Bəzən ürək ağrım, həyəcanlarımBir aya, bir ilə azalmayıbdır.

Gözüm təsəlliyçün axtarıb səni,Səni haraylayıb dilim, dodağım.Bütün aləm bilib bu vaqeəni,Bir sənə çatmayıb sənsiz olmağım.

Uzaqda olmusan, söylə bəlkə də?Arada çaylarmı, dağlarmı durub?Yoxsa sən qalmısan qürbət ölkədə,Gələ bilməmisən,Səni yol yorub?

Yox, belə deyildir:Aramızda yolBir iynə boyundan uzun olmayıb.Hər an sən üzümü görsən də bol-bol,Qəlbimi görməyə gözün olmayıb.

Baxırsan, bir ağac kökü torpaqda,Özü ayaq üstə, başı göylərdə:Üstündə tapılar yaşıl yarpaq da,Qəfildən quruyur durduğu yerdə.

Yanından saymazca keçib gedirlər,Ağacın dərdini duymurlar nədən?Bir ovuc, bir qətrə su ilə məgərYarpaq açmazdımı ağac yenidən?

Necə bənzəyirəm həmin ağaca!Başımdan keçəni xəbər alırsan:Sənsizlik adlanan bir ehtiyacaMən boyun əymişəm səndən də pünhan.

Bəzən açılmayır dil di, dodaq da,Onlar qıfıl olur kədərə, dərdə....Görürsən bir ağac kökü torpaqdaQəfildən quruyur durduğu yerdə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов