Mənə elə gəlir vurulub göylərYerin cəlalına – bağçaya, bağa,Onunçün əzəldən bu günə qədərSəma heyran-heyran baxır torpağa.

Gecələr Ay ilə, ulduzlar ilə,Gündüzlər Günəşlə baxır göy yerə.Yayda atəş ilə, qışda qar iləO salam göndərir barlı çöllərə.

Məhəbbət belədir... Qırpmır gözünü,Qırpsa eşq atəşi sönər elə bil.O lal baxışlarla deyir sözünü,Məhəbbət belədir, sevgi belədir.

Kəsəri olarmı, özün söylə sən.Ömürlük saxlasan qılıncı qında?!Gəl nöqsan axtarma sənə zillənənGözümün əbədi açıqlığında.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви