Gecələr ay olmaq istəyirəm mən,Pərdəli-pərdəsiz pəncərələrdənDolmaq istəyirəm neçə otağa.Mən neçə süfrəyə, neçə çırağaBaxmaq istəyirəm hamıdan pünhanSəma tağlarının ucalığından.

Gecələr ay olmaq istəyirəm mən...Şirin laylaları ana dilindən,Ana dodağından eşidim deyə.Mən ağlı-qaralı neçə taleyəBaxmaq istəyirəm ağarınca danSəma tağlarının ucalığından.

Gecələr ay olmaq istəyirəm mən...Bir günlük işindən qayıdıb gələnQabarlı əlləri öpmək eşqinə.Yorğun röyaların şirinliyinəKeşik çəkmək üçün sakit, mehribanSəma tağlarının ucalığından.

Gecələr ay olmaq istəyirəm mən...Sevən ürəklərin məhəbbətindənSəma ucalıqda pay almaq üçün,Ən yüksək qübbəyə ucalmaq üçün...Ordan nur səpərəm mən incə-incəBu ana torpağa dan sökülüncə.

Nahaq yaranmayıb bu arzu məndəBəzən gecələrin sakitliyindəİnsan öz qəlbiylə edir həsb-hal,Keçir ürəyindən min arzu, xəyal.Bununcün ayrılıb öz xislətimdənGecələr ay olmaq istəyirəm mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов