Nə sevda tapıbsan, divanə könlüm?Əlbət gedənlərin gələr, ağlama.Yaradan yar olar, bir nəzər salarNabələd yolları bular, ağlama.

Nə gəzə bilmirsən, dözə bilmirsən,Oxuya bilmirsən, yaza bilmirsən.Tutub səni qəhri-qəza bilmirsən,Ağlayanlar bir gün gülər, ağlama.

Bu gen dünya Abdullaya dar olsa,Zərrəcən nəzəri kirdigar olsa,Eynin yaşı çeşmələrdən car olsa,Bir gün göz yaşını silər, ağlama.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости