Ay üstə, gün üstə söyləyən aşıq,Türkünü bilməyən, farsı nə bilsin.Oxumayıb əlif, beydən qanmayan,Sən verən öyüdü, dərsi nə bilsin.

Özgəsin nə bilər özün bilməyən,Əyrisin nə bilər düzün bilməyən,Məclislərdə doğru sözü bilməyən,İşin avandını, tərsi nə bilər.

Sınıq könül cəfasına dözməyən,Elm oxuyub ərəb, farsı bilməyən,Gəşd eyləyib bu dünyanı gəzməyən,Şamı, Ərzurumu, qarsı nə bilsin.

Əsədnən meydanda qoşa düşməyən,Aşıqlıq elmindən başa düşməyən,Ustadın əlindən badə içməyən,Yeri, göyü, ərşi-gürşü nə bilsin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости