Səni
Yerin alt qatına çox da əl atma,Götürübən yerə vurarlar səni.Laf edib deməynən dünyada mənəm,İynətək nəzildib sorarlar səni.
Aç gözünü tanı mar qabaqdadı,Yağdırar başına qar qabaqdadı,Adı dildə olan car qabaqdadı,Pələnglə döyüşmə, cırarlar səni.
Əsəd də dünyada qəmə dalarmı?Naşı olsa dəryalara dalarmı?Beş uşaq atası eşqə dalarmı?Axta erkəklərtək burarlar səni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-esed-seni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dostum, mənə vədə verdin, gəlmədin,Çox çəkərəm ahü zarı gəlincə.
Sən məniSənə neyləmişdim mən bəxti qara,Niyə saldın bu azara sən məni!?
Üç il, beş il, on beş ilYaxşı dostun mən sirrini açmaram,Assalar da üç il, beş il, on beş il.
Yadıma düşdüŞanlı məktubunu oxuyanda mən,Çalmalı dağları yadıma düşdü.
Стихи других поэтов
Yenə, ey gözləri məftun, sənə məftunəm mən,Zarü məhzunü digərgunü ciyərxünəm mən.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Tellər oynadıBir mən idim, bir sən idin, bir də yamaclar...Meşə yolu, yarpaq dolu yaşıl ağaclar.