Yenə, ey gözləri məftun, sənə məftunəm mən,Zarü məhzunü digərgunü ciyərxünəm mən.

Nola bir lütf ilə dindir məni, xoşnud eylə,Gərçi düşnam ilə, səndən yenə məmnunəm mən.

Rəsmdir şəqqeyi-zənciri qırar divanə,Vermişəm zülfünə dil, gör necə Məcnunəm mən.

İstərəm çox səni, canımdan əziz canın üçün,And içəm canuva nahəq yerə, məlunəm mən.

Busəyi-lütf qılıb, aldın əvəz can nəqdin,Ala öz busəvi, ver canımı, məğbunəm mən.

Макта — последний бейт с тахаллусом поэта. Gözümün yaşı kimi tökmə əyağə meyi-nab,Saqican, təşneyi-ləli-ləbi meygunəm mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви