Ləvhəşallah, bu nə hüsndür, cəmal,Məgər sənsən dəbistani-behiştin,Dəhanın çeşmeyi-şərabən-təhur,Hüsni-ruyin gülüstani-behiştin

Heç pəri sən kimi işvəkar olmaz,Heç mələk sənin tək ləbi-şəkər olmaz,Gözəllikdə sənə bərabər olmaz,Nə huriyyəsi, nə qılmani-behiştin

Vaizə bir göstər ol xətt və xalın,Kəbeyi-ruxsarın, taqi-hilalın,Olunca eyləsin vəsfi-cəmalın,Di, qoy etsin adı-sanı behiştin

Cəlləl-xaliq, bu nə gözdür, nə müjgan,Qüdrətin göstərib Xaliqi-Sübhan,Zahid, sənin olsun ravzeyi-rizvan,Belə gülçöhrəsi hanı behiştin

Sevək, ey dil, yenə yari-nazənin,Bu gecə sən ilən oldu həmnişin,Əlhəmdülillahi rəbbil-aləmin,Şükuhi dər kamranı-behiştin

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов