Gül
Ey gözəl, ülki əsl-fəsl babın gəldi gül,Ol ənasir xak, badın, atəş, abın gəldi gül,Ruhi-pakin, can həm cənnəti-mabın gəldi gül,Pərdə güldür, çöhrə gül, sitri-nəqabın gəldi gül,Gül yüzündə sünbüli-pürpeyçü-tabın gəldi gül,Qəmzə güldür, işvə gül, naz ü itabın gəldi gül,Nitq güldür, səvt gül, həm izdirabın gəldi gül
Gül zi-xəndan gəldi müjgan, çeşmi-xumarında gül,Qaş güldür, diş güldür, rəng ü ruxsarında gül,Həm ləbin gül, qəbqəbin gül, ziyi-ənvarında gül,Cəbhə güldür, sinə gül, qoynunda gül, narında gül,Türrə gül, tel gül, qara kisuyi-zərtarında gül,Dəst gül, pa gül, bədən, bui-nabın gəldi gül
Ey gülüm, sən necə gülsən, min sənə heyran gül,Qəd gül, boy gül, kəmər gül, naf gül, fincan gül,Həm dəhan gül, həm zəban gül, guş gül, pistan gül,Xal güldür, hal gül, xəsldətdə gül, xəndan gül,Dəst gül, saidədə gül, bazuda gül, kitfan gül,Dab güldür, ləb güldür, kəb gül, kəbban gül,Badə gül, meyxanə gül, saqi, şərabın gəldi gül
Muyi-cismin eyn gül, başındakı sevdadə gül,Həlq güldür, saq gül, zanuda gül, zibada gül,Pişt güldür, müşt gül, ənkişt gül, rənada gül,Bətn güldür, mətn güldür, ləfz gül, mənada gül,Tuti güldür, ləhcə gül, yaqut gül, həmrada gül,Şəhd, qənd, ərğəvan gül, zir gül, balada gül,Xeyl nazik bu müəmma kitabın gəldi gül
Müxtəsər gülsən qamu başın gül, ayağında gül,Həm libasın, vücudun gül, solun, sağında gül,Saqi gül, saqərdə gül, səhba gül, ayağında gül,Gülşənin gül, ta gülüstan, bustan, bağında gül,Şeş cihətin ey sənəm, hətta ki torpağında gül,Gərdişin gül, hər işin gül, qocamalı çağında gül,Səndə bülbül, sən, ey Abdulla, cavabın gəldi gül
Kitabxana.az · https://kitabxana.az/ru/works/cadirli-abdulla-efendi-gul
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,
Təcnisi-münşəibə: Nə ziyadə xəzrati ha budağNə ziyadə xəzrati ha budağ,Sərvcismim ayrıbdı ha budağ,
Həcvi-məlih: Ola bərbad görüm belə yava dövranıOla bərbad görüm belə yava dövranı,Bəlkə bundan da yaman ola onun payanı
Yar oldunBaşına döndüyüm xubların şahı,Bir di görüm indi kimə yar oldun,
Стихи других поэтов · О вине
Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş,Böylə məqbulü müzəlləf sadə görmüş, görməmiş.
ای با دلم عشق تو را هر لحظه بازاری دگرکار دلم شد عشق تو، دل چون کند کاری دگر
Gözlərinə nəm tökülübBu nə aləm ki, bura aləm olub cəm tökülüb,Burda bir şəm yanıb, nuruna aləm tökülüb.
Ey səba, bu ərzimi ərz etgilən cananımaEy səba, bu ərzimi ərz etgilən cananıma,Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma.