Yar oldun
Başına döndüyüm xubların şahı,Bir di görüm indi kimə yar oldun,Kim öyrətdi səni, kimlər ayırdı,Kimin eşqinə düşüb biiqrar oldun
Mən çəkdim yolunda cövr ü cəfanı,Sən sürdün ğeyrilə zövq ü səfanı,Yenə üzdün məndən əhdü vəfanı,Kimlərin sözilə məndən zar oldun
Haçan dilbər iki kəlmə danışdıq,Bir xəlvətdə bir-birimizə darışdıq,Haçan görüm öpüb qucub barışdıq,Haçan dövran sürüb bəxtəvər olduq
O şeytanın görüm işi zar olsun,Doğranıb tökülüb xalqa car olsun,Bir yarə can ver ki sənə yar olsun,Sən ki gedib özgələrə yar oldun
Qəm çəkməkdən canım üzüldü billah,Dilbəri görsə gər diyin siz Allah,Neylmişdi sənə fəqir Abdulla,Ağyarə gül olub ona xar oldun
Kitabxana.az · https://kitabxana.az/ru/works/cadirli-abdulla-efendi-yar-oldun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey gözəl, ülki əsl-fəsl babın gəldi gül,Ol ənasir xak, badın, atəş, abın gəldi gül,
Çığalı müxəmməs: Ey şux mənim yar, vəfadar imsən sənEy şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,
Təcnisi-münşəibə: Nə ziyadə xəzrati ha budağNə ziyadə xəzrati ha budağ,Sərvcismim ayrıbdı ha budağ,
Həcvi-məlih: Ola bərbad görüm belə yava dövranıOla bərbad görüm belə yava dövranı,Bəlkə bundan da yaman ola onun payanı