Həcvi-məlih: Ola bərbad görüm belə yava dövranı
Ola bərbad görüm belə yava dövranı,Bəlkə bundan da yaman ola onun payanı
Bundan əqdəm görünüb nadir olurdu şüəra,Cami, Sədi, Firdovsi həm Xaqani
Hafiz, Xacu, Füzuli və Nizami Gəncə,Xosrov, Molla Nəvai, Həsən İsfahani
Rəhmət olsun bunların cümləsinə ta məhşər,Ki qoyublar yadigar hər biri bir inşani
İndi bu çərxi-sitəmkər bu Küçük kəndindəSadığı şair edib rast qılıb meydanı
Sadına mücəmə kəsr ilə nun zəm olunə,Bir xəbər alasız onda nədir dərmanı
Birdə Mahmud dinur Şəkili lüdəçi çıxmışdır,Bircə əksükdür onun arpa ilə samanı
İki qırxın yerinə başına bir cim qoysaq,O zaman şənbə günü rayic olur fərmanı
Molla Qurban türüyüb birdə Məlik Ballıda,Götürürmüş dedilər o da qılınc qalxanı
Üzünü əlif ilə altmışa təbdil edəsən,Düşə üştür dalına bank urə heyvanı
Birdə Ağdaşda bir qəryədə var Molla Rəsul,Laf edib o da çalurmuş dedilər zurnanı
Ayağın başına qoysaq oradan xəzf etsək,Kim dökür, kim düşünə gərdirə bu heyvanı
Birdə Xaçmazlı Məhəmmədbək Ağa var Koxa,Yola gəlsin yanıma bir görüm o mollanı
Basıbın bağlayırmış o da beş bağlamadan,Danışurmuş dedilər laf-güzaf hədyanı
Deyir imiş bu sözümü Molla filan kəs bilməz,Özünə çıxar imiş Gəncə, Şəki, Şirvanı
Oxşadırmış məni övladına o səhv edibən,Bu uşağın məgər heç yoxdu başa salanı
Dördünü beş yüzə qəlb, əlliyə lam-əlif lasin,Səkkizin oxuyalım mücəmə fövqani
Səksən ədəd götürüb baqisinə şərə görə,Qazii-şəhr gərək tey edə bu davanı
Təzlik ilə ona bir dəftər digər tutaram,Çünki ol ..... ayrı gərək dəstanı
Gün keçir, birdə nə lazım danışaq tul kəlam,Vaxt vardır sabaha qalsın onun divanı
Birdə var Molla Əli Şəmsvadə vəznşünas,Mən eşitdim ki o da şeir deyir pünhani
Xeyl babət danişvər şeşrək üçün verdim ona,Körpü kəndini Qəxay alpavtahi qazyani
Birdə bir Molla Həmid Qoşaqovaqda törüyüb,Mə'rifətdən dəm urub qurdalayır çox ani
İsm camiddi gərək qəlb ola lamı do sədə,Mirzə xan bayıdır, Ləzgi Qasım alanı
Mən bunları necə gör aləmə rüsva edərəm,Necə ki taifeyi-şiə ....... bi
Daxi qoydu yerə şairliği bu Abdulla,Birdə minbəd danışmaz söz uzanı
Kitabxana.az · https://kitabxana.az/ru/works/cadirli-abdulla-efendi-hecvi-melih-ola-berbad-gorum-bele-yava-dovrani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,
Təcnisi-münşəibə: Nə ziyadə xəzrati ha budağNə ziyadə xəzrati ha budağ,Sərvcismim ayrıbdı ha budağ,
Yar oldunBaşına döndüyüm xubların şahı,Bir di görüm indi kimə yar oldun,
Çay dəstgahıÇün nəsimi-səhəri-sübh, dili-heyrani,Et nəzər, gör necə təhrik qılıb dəryani,
Стихи других поэтов
Əzizinəm oy dərdim,Oy dərmanım, oy dərdim.
Mürəbbe: Vəd verib mənə gələm demişdinVəd verib mənə gələm demişdin,Gözüm qaldı intizarda gəlmədin.
Qəzəl: Qaçan ol sərvi-səhi nazilə rəftar eylərQaçan ol sərvi-səhi nazilə rəftar eylər,Gövhəri-əşki gözüm payinə isar eylər
Sən sadə gözəlsən, qoyma, sevdiyimSən sadə gözəlsən, qoyma, sevdiyim,Məşşatələr bəzək taxta üzünə,