Sən sadə gözəlsən, qoyma, sevdiyim,Məşşatələr bəzək taxta üzünə,Bərgi-gülə bənzər üzari-alın,Nə lazımdı ənlik yaxa üzünə.

İşləri xətadır çeşmi-məstanın,Çalar, çapar, xərab elər dörd yanın;Əmanət, əmanət, növki-müjganınToxunmasın, qanar, yuxa üzünə.

Çıxıb aralıqdan küduratü qəm,İxtilat qatışıb qızışanda dəm,Bəyaz cəbinindən gül kimi şəbnəmDumurcuq-dumurcuq axa üzünə.

Gözlərindi nərgiz, qaşlarındı yay,Heç növcavan ola bilməz sənə tay;Camalın görəndə daldalanır ay,Günün nə həddi var çıxa üzünə?

Gələ gör Zakirin özün üstünə,Sənin payəndazın gözün üstünə,Götür qoy başımı dizin üstünə,Can verəyim baxa-baxa üzünə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе