Sən gedəndən bəri, ey çeşmi xumar,Əzəl gözlərimin xabı çəkildi.Nə dil qərar tutdu iştiyaqından,Nə gönlümün iztirabı çəkildi.

Səru-kuyin məhşər, qəddin qiyamət,Qiyamət edərsən saətbəsaət;Hüsnün günəşindən çəkib xəcalət,Çərxin məhi, afitabı çəkildi.

Dün naz ilə qədəm basanda bağa,Şümşadü sənubər düşdü ayağa,Süsən, sünbül, lalə üz qoydu dağa,Bərgi-gülün rəngü abı çəkildi.

Harada düşsə ləli-ləbin sözündən,Camü badə çox deyərdi özündən.Axır elə düşdü xəlqin gözündən,Saqi götdü meyi-nabı, çəkildi.

Zakirəm, sinəmi sipər bəlayəTikmişəm, at oxun, pənah xudayə!Fərhad ilə Məcnun cövrü cəfayəBeş gün gətirməyib tabı, çəkildi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине