Təngə gəldim, saqiya, bu məscidi-viranədən
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Təngə gəldim, saqiya, bu məscidi-viranədən,Gəl, tərəhhüm eylə bir yer ver mənə meyxanədən.
Vaizin pəndin tutub, meyxanədən çəkdim əyaq,Olmuşam indi xəcil bu tutduğum əfsanədən.
Sirrlər kim, səbhəvü müshəfdən olmazdı əyan,İmdi oldu aşikara sən verən peymanədən.
Dur, gözün qurbanı, saqi, badə ver, əhd etmişəm,Kim, olam məst, əl çəkəm bu səbheyi-səddanədən.
Dün xəta etdim, dedim kim, zülfünə zəncirdir,Əfv qıl, çıxmaz, gözüm, məqul söz divanədən.
Həqqə vasil olmaq istərsənsə, ey dil, tərk qılSöhbəti-əğyari, qəti-ülfət et biganədən.
Макта — последний бейт с тахаллусом поэта. Mən ki namü nəngdən keçdim yolunda saqinin,Söylə, ey Bixud ki, indi eyləyim pərva nədən?
Kitabxana.az · https://kitabxana.az/ru/works/aga-haci-molla-tagizade-tenge-geldim-saqiya-bu-mescidi-viraneden
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zahid, bu fəna mülkdə dövran sənin olsun!Verdim sənə yeksər.
Ey dil, həzar şükr, xəbər gəldi yardənEy dil, həzar şükr, xəbər gəldi yardən,Şükr et, qutardın axırı bu intizardən.
Ey dil, barı meyxanə sarı bir güzər eyləEy dil, barı meyxanə sarı bir güzər eyləGör məstlərin haləti-vəcdin, nəzər eylə.
Ey qoyan könlümə qan, oldumu hüsnün faniEy qoyan könlümə qan, oldumu hüsnün fani,Tapdımı xarü xəsi-xüşk o tər bostani?