Ey dil, barı meyxanə sarı bir güzər eyləGör məstlərin haləti-vəcdin, nəzər eylə.

Gər istəyəsən dəhrdə sahibnəzər olmaq,Xaki-dəri-meyxanəni, gəl külbəsər eylə.

Bir gül məni cövr ilə şəhid eylədi axir,Bülbüllərə, ey badi-səba, get xəbər eylə.

Yan atəşi-hicranə, könül, çək bu bəlanı,Bu eşqdən axir demədimmi həzər eylə?

Təsir eləməz ol büti-səngindilə naləm,Ey ahi-səhər, gəl, barı sən bir əsər eylə.

Ahım küləyi yıxmadi bünyadını hicrin,Ey seyli-sirişkim, sən özün bir hünər eylə.

Макта — последний бейт с тахаллусом поэта. Çıxmaz başa, yüz şərh edəsən zülfi-hədisin,Bixud, bu uzun qissəni, gəl, müxtəsər eylə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви