Xan çinarın gövdəsiniKimsə qazıb bıçaqla,İki adın baş hərfiniOra yazıb bıçaqla.

Mən bilmirəm, ayrılıbmı,Qovuşubmu yar yara?Xan çinarda durur fəqətHəmin yazı – o yara.

Ey çinara bıçaq çəkən,Tanımıram mən səni.Ancaq adam öz eşqiyçünYaralamaz özgəni!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви