Qaldırdım dəstəyi,Yığdım nömrəni,Gözüm baxmasa da o gözlərinə,İkicə söz dedim:– Sevirəm səni!Dəstəyi yenə də qoydum yerinə.

Telefon zəng çaldı,Çağırdın məni,Qəribə vurğuyla döyündü ürək.İkicə söz dedin:– Sevirəm səni!İkicə söz deyib asıldı dəstək.

Yüz il də çatmayam vüsalına mən,Yüz il də əlinə dəyməsin əlim.Bu iki kəlməni sənin dilindənEşidim,Sonrasa...Qoy gəlsin ölüm!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке