Mənim yari-vəfadarım, gəl axır,Mələk surətli dildarım, gəl axır.

Fəraqın canımı yaxdı bəğayət,Həbibim, munisim, yarım, gəl axır.

Mənəm bülbül kimi nalanü giryan,Dodağı qönçə gülzarım, gəl axır.

Qaşın qarşısına canım bərabər,Mənim tirü kamandarım, gəl axır.

Fəraqından qatı divanə oldum,Kərəm qıl, zülfü zünnarım, gəl axır.

Sənintək görmədim bir gül cahanda,Bənövşə, tazə ruzgarım, gəl axır.

Qərarım qalmadı, səbrim tükəndi,Ləbi lə’li-şəkərbarım, gəl axır.

Макта — последний бейт с тахаллусом поэта. Nəsimi natəvandır çün qəmindən,Gəl ey canım, gəl ey yarım, gəl axır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви