Səninkidir
Nə çox pəncərə var şəhərimizdə,Ən çox işıqlısı...O səninkidir!Gör neçə qağayı üzür dənizdə,Ən ağı-bəyazı...O səninkidir!
Nəzər sal xurmayı, sarı saçlara,Ən tündü, qarası...O səninkidir!Qəlbimi bəzəyir neçə min yara,Ən dərin yarası...O səninkidir!
Mənim borc alınmış bir həyatım var,Əmanət bir həyat...O səninkidir!Mənim şair kimi ülvi adım var,Ləkəsiz, təmiz ad...O səninkidir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-seninkidir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Titrəyir əllərim, tor görür gözüm,Mənmi qocalmışam, ya zəmanəmi?
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara