1

Yaxşı ki, dünyada qayğılarla birÜrəyi oxşayan lövhələr də var.İliyi donduran ruzigarla birSinəsi lalədən yanan yer də var.

Yaxşı ki, hər xırda buz duyğularlaDolmur ömrümüzün qalın kitabı.Bizi qovuşdurur daim baharlaMikayıl fırçası, Qara rübabı!

Yaxşı ki, riyanın soyuq nəfəsiBizi əsir etmir hər vaxt, hər zaman.Açır könlümüzü Bülbülün səsi,Habilin çaldığı titrək bir kaman!

Yaxşı ki...Yaxşı ki, xırda hissləriVaxtında qovuruq ürəyimizdən.Yaxşı ki, çirkabı, gərəksizləriDalğalar sahilə atır dənizdən!

2

Yaxşı ki, kədəri sevincim qədərAçıq bir ürəklə qarşıladım mən.Yaxşı ki, güləndə qızıl bir səhər,Qorxmadım axşamın düşəcəyindən.

Yaxşı ki, yasəmən çiçəkləyəndəBilirdim sonunda sarı xəzan var.Anam beşiyimə layla deyəndəBilirdim ağı da deyir analar.

Yaxşı ki, ümidim toxumtək yerdəBilirdim dönüklük olur cahanda.Bilirdim bəzən də bəd xəbər gəlirUğurlu bir xəbər arzulayanda.

Yaxşı ki, ümidim toxumtək yerdəÜmidsiz anda da cücərdi, güldü.Bəlkə buna görə keşməkeşlərdəSevincim doğuldu, kədərim öldü.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе