Narahatdır insanlığın ürəyi,Pozulubdur rahatlığı dünyanın.Günəş içmək istər gülü, çiçəyi,Çəməni, bağçası, bağı dünyanın.

Haqq yolunda bənzəsək biz selə də,Qovuşsaq da neçə aya, ilə də,Sağalmayıb, sağalmayıb hələ dəSinəsində çarpaz dağı dünyanın.

Sülh düşməyir bircə an da dilimdən,Bu tufanlar silinməyib yolundan.Haray çəkir nadanların əlindən,Haray çəkir solu, sağı dünyanın.

Balası var neçə-neçə biçimdə,Arzuları gül açmasın neçin də.

Rəvamıdır bircə anın içində,Dağılsın sütünü, tağı dünyanın.

Çatsın səsim milyon qıza, oğula,Hökmü verək işıq saçan ağıla.Gəlin, gəlin qoymayaq biz dağılaÖmrünün bu gözəl çağı dünyanın.

Narahatdır insanlığın ürəyi,Pozulubdur rahatlığı dünyanın.Günəş içmək istər gülü, çiçəyi,Çəməni, bağçası, bağı dünyanın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе