Qəlbim o günləri unudan deyil
Mənə sevgimizdən bir həzin nəğmə,Bir də tənha söyüd yadigar qaldı.Söyüd də mənimtək büründü qəmə,Saçları bir anda pərişan oldu.
Mənə sevgimizdən bir qumlu sahil,Bir dəniz dalğası, harayı qaldı.Qəlbim o günləri unudan deyil,Qəlbə unut demək əmri mahaldı.
Mənə sevgimizdən bir sinə dəftər,Bir sinə dolusu yaddaşlar qaldı.Baxdıqca yollara hər axşam-səhərMənə həsrət dolu baxışlar qaldı.
Mənə sevgimizdən dünənli dünya,Bir də dünənimin xəyalı qaldı.Gözümdə bir şirin, ümidli röya,Ürəyim göylərtək boşaldı, doldu.
Mənə sevgimizdən sənə can atmaq,Sənli günlərimi aramaq qaldı.İlqarı yaşatmaq, andı yaşatmaq,Kövrək sevgimizi qorumaq qaldı.
Mənə sevgimizdən bir bulaq başı,Bir qaya üstündə yazılar qaldı.Gözümdə ikicə damla göz yaşı,Sinəmdə nə qədər arzular qaldı.
Mənə sevgimizdən bir dağ dözümü,Bir də dağa qalxan dolaylar qaldı.Hayana getdimsə tutub üzümü,Qəlbimdə o illər, o aylar qaldı.
Mənə sevgimizdən inamım qaldı,İnamla açıram hər səhəri mən.Səninlə görüşmək gümanım qaldı,Doğdu bu inamlar məhəbbətimdən.
Mənə sevgimizdən rəngi solmayanQoşa hördüyümüz bir çələng qaldı.Gecəli, gündüzlü rahat olmayanCoşan, dalğalanan bir ürək qaldı...
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-qelbim-o-gunleri-unudan-deyil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Ey ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,