Ərk qalası
Yenə düşdün yadıma sən,Su çilədin oduma sən.Özün söndür odumu sən,Ərk qalası.
Bitmir intizarın sənin,Öz yaramdır yaran sənin.De, sağ qaldı haran sənin,Ərk qalası.
Güllələrdən göz-göz oldun,Bir dodaqda min söz oldun.Mən sənsiz, son mənsiz oldun,Ərk qalası.
Dumanlar don biçdi sənə,Zaman həsrət seçdi sənə.Bu nə paydı düşdü sənə,Ərk qalası!?
Bəzən güldün çiçək-çiçək,Şəfəqlərdən aldın min rəng.Bəzən dindin kövrək-kövrək,Ərk qalası.
Qala dinməz, sənsə dindin,Eşidin, mən varam, dedin.Ərk adlı nidaya döndün,Ərk qalası.
Kaş ki, nağıl ola dərdin,O dağ dərdin, qala dərdin.İstəmərəm qala dərdin,Ərk qalası.
Ləçəkləndi neçə nəğməm,Körpə nəğməm, incə nəğməm.Olaydı könlüncə nəğməm,Ərk qalası.
Bu ayrılıq ötəridir,Həsrəti vüsal əridir.Könlüm ümid şəhəridir,Ərk qalası.
Sən Təbrizin balasısan,Sən zəfərlər çalasısan.Sən əbədi qalasısan,Ərk qalası.Ərk qalası...
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-erk-qalasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Külək bir yarpağı aldı, apardı,Dedim, təbiətdə bu tufan nədi?
Ömür kitaba bənzərÖmür kitaba bənzər,Bəzən sona yetməmiş
İtirməyim bu qismətiDemirəm ki, zirvələrdə qartalam mən,Köksü şirin nəğməli bir körpə quşam.
Mən tənha deyiləmÇox zaman deyirlər tənha qalma sən,Tənhalıq kövrəldir insanı bəzən.