Ömür kitaba bənzər
Ömür kitaba bənzər,Bəzən sona yetməmişQapanar, unudular.Ömür kitaba bənzər,Bəzən sona çatandaİnsana niskil olar...Mənim ömür kitabımQapansa bir gün tamam,Neçə ömürdə, gündəGörüşünə gələrəm.Bir axşam körpə quştək,Yuvamda ayrılarsam,Təzəcə pərvazlananQuşlarla uçub mən dəGörüşünə gələrəm.Gecə göyün üzündən,Axıb getsəm ulduztək,Qarışıb ulduzlaraGörüşünə gələrəm.Göyərib çəmən-çəmən,Açılıb çiçək-çiçək,Dönüb ilıq bir mehəGörüşünə gələrəm.Gələrəm, ey vətənim,Ey yurdum, yuvam mənim.İlhamımın qanadı,Ey şeir dünyam mənim,Gələrəm görüşünəİlıq yaz havasında.Gələrəm görüşünə,Neçə xatiratda mən.Sanaram yaşayıramYenə bu həyatda mən.Gələrəm, heç bir tufanSöndürməz bu eşqimi.
Ey vətənim, vətənim,Mən səni unutmaramSən məni qucağındaƏzizlədiyin kimi...Gələrəm görüşünəTəzəcə ayaq tutanNəvəmin qədəmində.Mənim bu ülvi eşqimZərrə deyil əriyə,İtə dumanda, çəndə...Gələrəm görüşünəNeçə-neçə şairinArzusunda, sözündə.Bir daha inanarsan,Mən sağam, yaşayıramBu geniş yer üzündə...
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-omur-kitaba-benzer
Клавиши ← → для перехода, R — случайное стихотворение