İtirməyim bu qisməti
Demirəm ki, zirvələrdə qartalam mən,Köksü şirin nəğməli bir körpə quşam.Deyirəm ki, nə nağıl, nə xəyalam mən,Bu torpaqda yaşamaqçün doğulmuşam.
Demirəm ki, çiçək olum büllur qabda,Dağda, daşda bitsəm, yenə yaşayaram.Demirəm ki, adım qalsın hər kitabda,Bir nəğmə ötsəm, yenə yaşayaram.
Demirəm ki, hər ulduzda qismətim var,Mən heç kəsin ulduzundan almaram nur.Öz körpəcə bəxt ulduzum göydə yanar,Mənim üçün hər ulduzdan o, nurludur.
Demirəm ki, ümmanlarda sal qayayam,Qayalara səpələnən zərrəyəm mən.Demirəm ki, sonbeşiyəm, ya qocayam,Torpaq anam, anam üçün körpəyəm mən.
Demirəm ki, şəfəqlərin zər qanadıTəkcə mənim saçlarıma vursun naxış.Deyirəm ki, duyan gündən bu həyatı,Bu həyatdan mənə sevmək, sevmək qalmış.
Demirəm ki, qaranquşlar dönən zamanYuva salsın təkcə mənim pəncərəmdə.Deyirəm ki, gurlayıb dinən zamanYuyunum yaz yağışında mən də, mən də.
Qanadımdır el sevgisi, məhəbbəti,Bu sevgidir isindirən ürəyimi.Şeir yazım, itirməyim bu qisməti,Ömr eləyim yer üzündə nəğmə kimi...
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-itirmeyim-bu-qismeti
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О судьбе
Aşıq Səfilinin Zediban kəndindən yaxın dostu, İbrahim adlı dəyirmançı vəfat edir. Zedbana gəlib dəyrmanı boş görən Səfili kədərlənir, sazını alıb dəyirmana, sonra gedib məzarlığa, dostu İbrahimin türbəsinə və fələyə müraciət edir:Səfili:**
GörmədimVahəsrəta çərxi-fələk əlindənÇünki dost mehribanı görmədim
Bakıyla Təbrizin arasındayamMənim qismətimdir alatoranlıqGecəylə gündüzün arasındayam,
MaraqDəmir pəncərədə qalmış gözlərim,Araram fəzada son qismətimi.