Əbədiyyət nəğməm
Arzular çeşid-çeşid,Arzular rəng-rəng olur.Arzu var hay-haraylı,Arzu var kövrək olur.Mənim azadlıq arzumHər arzumdan uludur.Mən arzumun əsgəriYolum döyüş yoludur...
Mən ölmək istəyərdim,Sıldırım qayalarda –Hər qaya səngər olsun.
Mən ölmək istəyərdim,Tufanlı dəryalarda –Mənə matəm saxlayanCoşqun ləpələr olsun.
Mən ölmək istəyərdim,Ağ çalamlı dağlarda,Dağlar başdaşım olsun.O haraylı dağlarda,O havalı dağlardaƏbədi yaşamaqçünHəyat savaşım olsun.
Mən ölmək istəyərdim,Qoynunda meşələrin.Hər yarpağa, hər güləSinəmin qanı düşsün.Yaralı lalələrinKörpə bənövşələrinO yol çəkən gözləriİlk baharla görüşsün...
Mən ölmək istəyərdim –Qorxulu dərələrdə.Qıy vurum harayımdanGöylər lərzəyə gəlsin.O xəyallı, sehrli,Yuxulu dərələrdə,Son anda, son ləhzədəVüsal üzümə gülsün.
Mən ölmək istəyərdim,Günəşə, suya həsrət.Çəmənim, çölüm üçün,Mən ölmək istəyərdim.Yol çəkən baxışlarıŞirin yuxuya həsrətVəfalı elim üçün.
Mən ölmək istəyərdim,Qocaman çinar kimiƏyilməyim, sınım mən.Mən ölmək istəyərdim...Ölüm nədir ki, onaYalvarım, sığınım mən.
Mən ölmək istəyərdim –Ərk olsun son yatağım,Rahat-rahat uyuyum.İstəyərdim döyüşdəKeçsin döyüşmək çağım.Öləndə də torpağaMən ağ üzlə baş qoyum.
Mən ölmək istəməzdimAdi ölənlər kimi.Buna yox haqqım mənim,Mən gərək ölümümləDoğam bir səhər kimi.Şəfəqlərə bürünəYanan torpağım mənim,Yanan torpağım mənim...
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-ebediyyet-negmem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sinəmdə min sözlü bir kamanım var,Əl vursan danışar ay şirin-şirin.
Uşaqlıq da həyatdır...Ömür var, qismətinəƏzəldən bahar düşüb.
Yadıma Xəzər düşürNə zaman ki, saçımı darayıram, hörürəmYadıma Xəzər düşür, yadıma sən düşürsən.
Quşlara daş atmayınQuşlara daş atmayın,Quşlar, ürkər, dağılar.
Стихи других поэтов
Bu qız bulud kimi dolub,Yanağının gülü solub,
Agah et, ey bad, məndən ol vəfalı həmdəmiAgah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
AğlaramÇərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
Həyasız Dərvişlər HaqqındaƏyyami-sabiqdə bir dərvişi-pir,Götürüb təbərzin, kəşkül, şahnəfir.