Dindirmə
Bu qız bulud kimi dolub,Yanağının gülü solub,Bir igidə aşiq olub,Qızı dindirmə, dindirmə!
Sazı divardan kim asıb,İl tozu pərdəni basıb,Bu saz sahibindən küsüb,Sazı dindərmə, dindirmə!
Gəlib bənövşə, gül fəsli,Küləkləri hicran səsli,Bu havası buz nəfəsliYazı dindirmə, dindirmə!
Bu hansı çərxdir tərs dönən,Şad olmaz zirvədən enən,Kül altında qalıb, sönən,Gözü dindirmə, dindirmə!
Bu hicranı bəhrinə düşmüş,Könlü aşiqindən küsmüş,Üzərini o ot basmış,İzi dindirmə, dindirmə!
Çətin yoldur eşqin yolu,Sıldırımdır sağı, solu,Hər kəlməsi bu qəm dolu,Sözü dindirmə, dindirmə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-dindirme
Клавиши ← → для перехода, R — случайное стихотворение