Dünya ulu dünyadı,Dərdlə dolu dünyadı,Milyon-milyon illərinKarvan yolu dünyadı.

Birimiz karvanbaşı,Birimiz qala daşı,Birimiz bu dünyanınKədərli vətəndaşı,Silinməyən göz yaşı...Qəmi, fəryadı olduq,Birimiz ərköyünüBirimiz şadı olduq.

Dünya karvan yoludur,Yol zəvvarla doludur,Biri cənnət bağına,Biri şöhrət dağına,

Biri qəm torpağınaYol gedir bu karvanın.Qoca pir! HarayadırBəs sənin öz ünvanın?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов