-Şükriyyə xanıma*A dostlar, bir qumral tərlanım uçdu,Yollarda yolçum var, gözüm yoldadır.On beş gün ayrılıq, on beş il keçdi,Öldürdü intizar, gözüm yoldadır.

Ham monim arxam, qolum-qanadım,Hörmətim, izzətim, şöhrətim, adım?Qardaş bərabəri, gözəl arvadım,Söyləyin, dumalar, gözüm yoldadır!

Getmişdi on günə, çıxdı on beşə,Neçin saldı məni belə təşvişə?Demədimmi saqın, könül bir şüşə,Gec gələrsən, sınar, gözüm yoldadır.

O ki, verdi sənə həm var-yoxunu,Qəlbimə sapladın hicran oxunu,Yastığından aldım gözəl qoxunuYastığın gül qoxar, gözüm yoldadır.

Ey vəfasız, sənin ürəyin daşdan,Neyçin söyləmədin, gülüm, bu başdan:“Yarı az sevirəm qohum-qardaşdan”.Qohumlu baxtavar, gözüm yoldadır!-Slavyanka, 20 iyul, 1930*

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке