Mən bir aşiqəm ki, bu çaldığım sazDumanlı dağlara səs salacaqdır.Anlatdığım dildə inləyən avazElin xatirində çox qalacaqdır!Doğrayacaq səsirtı dağda dumanı,Dinləyəcək məni dağın çobanı!O mənim sorduğum "sevdiyim hanı?"Təbiət dəyişib, yaz olacaqdır!Qorxutmayır məni bu yanmayanlar,İsrafıl surundan oyanmayanlar!Göstərdiyim yola inanmayanlarYenilik yolunda ad alacaqdır!Mən şahid tuturam ayı, yıldızı,Ayılacaq yurdun oğulu, qızı;O yankı ellərin özbək, qırğızı,Bu yeni dərgaha yol bulacaqdır!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви