Çırpınırdı Qara dəniz
Çırpınırdı Qara dənizBaxıb Türkün bayrağına!"Ah!..." deyərdim, heç ölməzdim,Düşə bilsəm torpağına.
Ayrı düşmüş dost elindən,İllər var ki, çarpar sinən!..Vəfalıdır gəldi, gedən,Yol ver Türkün bayrağına!
İncilər tök, gəl yoluna,Sırmalar səp sağ, soluna!Fırtınalar dursun yana,Salam Türkün bayrağına!
"Həmidiyyə" o Türk qanı!Heç birinin bitməz şanı!"Kazbek" olsun ilk qurbanı!Heyran Türkün bayrağına!
Dost elindən əsən yellər,Bana şer, salam söylər.Olsun turan bütün ellərQurban Türkün bayrağına!
Yol ver Türkün bayrağına!!!
Kitabxana.az · https://kitabxana.az/ru/works/cavad-cirpinirdi-qara-deniz
Клавиши ← → для перехода, R — случайное стихотворение