Ey Göy gölüm,Ey göy gülüm!Qoy göyərib,Qoy mən ölüm!

Assınlar məni!Kəssinlər məni!Qoy türmələrəBassınlar məni!

Neynirəm könlü?Neynirəm dili?Səndən yazmasamNeynirəm əli?!

Nəsən, kimsən sən?Nisgilimsən sən!Qoy açıq deyim,Sevgilimsən sən!

Borana düşdüm,Yüz qana düşdüm!Adını çəkdim,Zindana düşdüm!

Könlüm tel olsun!Yaşım sel olsun!Bu dar qəfəs dəQoy Göy göl olsun!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов