Gənə bilmirəm bu nə güftardırNə rəsm ü nə ayin kirdardır

Cavanşirdə vardır nəcə bihesabOnun zülmü aləmdə izhardır

Tutub çün naçalnik bu işdən xəbərGəlib qeyzə ya rəb nə rəftardır

Cənabi-cəlalət-məab Mirzə bəkBəli Şahmərdan ona yardır

Yazıb namə irsal edib hər yanaYığılsın hamı bir yerə cardır

Gərək cəm ola bir sipahi-kəsirO ləşkərdə Şahmar sərdardır

Süfufi-sipahi nizama salanBahadır bək ü ali məqdarıdır

Cavan İsmayıl bək cavan dilirKi həm sahibnəng həm ardır

Əhatə qılıblar iki evləriKi Sultan Aqil güzərkardır

Davam etməyib onlar etdi fərarDavam eyləmək orda düşvardır

Qabaqca qaçan rubah hiyləkarDalıca qovan şir xunxardır

Cahanbəxş tək baş açıq cəng edənMahal Cavanşirdə Şahmardır

Vurub Zinalı bir çoban dilirXirədmənd fərzanə huşyardır

Olub Leyli dami-bəlaya düçarKəməndi-bəlaya giriftardır

Çəkib Leyli ağuşə oğlum dirDemədim oğul çərx qəddardır

Demədim oğul sən fərağət oturKi məzlumun ahı şərərbardır

Qaçağa nə lazım otaq tikdirdinQaçağın yeri künc-divardır

Məsəldir ki zülmilə abad olanƏdalət üzilə təbəhkardır

Budur Atəşi adəti-ruzigarKəmal əhli hər yerdə var xardır

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов