Qonşuda bir qız ağlar,Qonşular çəkər ahlar...Yüz adamın içindəO körpə yalqız ağlar.Getdi bacı gətirsinana xəstəxanadan...Bacı bir yana dursun,Xəbər verin anadan.Cərrah...bıçaq...nələr...Gələr?Xeyr.Qız ağlar.Bütün dünyadan küsübküncdəüzü divaraAğlar,Aramsız ağlar.Adamlar arasındaAğlar,Adamsız ağlar.Göz yaşıyaz yağışı.– Ağlama...Bəsdi... yaxşı,Üzüldün...öldün...Bu gün...Anan gələcək, anan –Ata göz çəkmir ondan.Ata - uşağa dönmüş,Körpə bala ahıldır,Onu "ağlama" sözüDaha dərdli ağladır.

Dərdi bilir qonşular,Axıb gəlir qonşular...Doğma uşaqlarına,Özlərinə,həyataBütün sevgilərinigətirir və ağlayanbu körpəyə yetirir...Qız kirimir...Toxtamır.Bütün dünyada heç kimanasına oxşamır...Sıxıb qucaqlayıbdırAna ətriylə dolu,Göz yaşlarıyla xal-xal,göz-göz olan balışı,Titrəyirçiyni...başı...Durur...əsir..VəAçır... Şkafı...Çoxlu-çoxluBaxır təzə paltoya,Ana burda da yoxdu...Təzə tufli götürür,oxşayır...xeyli susur...Susub birdən qışqırır...Sonra küncdəbalışıqucaqlayıbhıçqırır.Ağlamaqdan yorulur...Qalxır,

Baxır,Ağırvə sakit,yorğun,çarəsizMilyonillik kədərlə,İndi artıq sualsız,təmənnasız,mənasız,İntəhasız nəzərlə.İndi qəm də yorulub,İndi qız da yorulub.Hələ dava daldadır.Körpə qəmi,Qəm onuDöyüşlər arasında,FasilədəAldadır...Ata tənha...O, tənha...Birləşib cüt tənhalıq.Daha qüdrətli olub,Daha möhnətli olub...Növbəylə qalırıq biz...onlarda... nə mənası...Getmir qızın həsrəti,Gəlmir qızın anası.Qonşuda bir qız ağlar,Gəlib düşər yadımaMüharibə...Ölüm... qan...Axşam... səhər...hər zamanQonşuda bir qız ağlar,Qız ağlar,Yalqız ağlar...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости