Bir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.Get-gedə qəflət edib, elmə dedi:‘Səni mən sevməyirəm, sevməyirəm”.

Cahil olduq da qapandı gözümüz,Qanmadıq, evmizi yıxdıq özümüz.Sənətə, elmə bu oldu sözümüz:Səni mən sevməyirəm, sevməyirəm”.

Rövzəxan söydü bizi hilət ilə:Xəlqin ağzın qapadı lənət ilə.Anlayan şəxsə dedi nifrət ilə:Səni mən sevməyirəm, sevməyirəm”.

Mollalartəfriqeyə 0ldu səbəb,Çıxdı yetmiş ikidən çox məzhəb.Dedi yek digərə bunlar əğləb:Seni mən sevməyirəm, sevməyirəm”.

Zillətə, cəhlə düşəndən bu yanaDüşmən olduq mədəniyyətlə fəna.O bizə söylədi, bizlər də ona:“Səni mən sevməyirəm, sevməyirəm”.

Yar ararkən özünə Sonya xanım,Deyirik: “Gəl, başma mən dolanım”.O bizə söylər: ‘İtil, get, a canım,“Səni mən sevməyirəm, sevməyirəm”.

Çatacaq övladımız on yaşına,Qətlü qarət dolur ancaq başına.Deyir öz qovmuna, öz qardaşına:“Səni mən sevməyirəm, sevməyirəm”.

Günü-gündən işimiz oldu yaman,Rahətü afiyətü əmnü amanƏlvida etdi bizə, qıldı bəyan:“Səni mən sevməyirəm, sevməyirəm”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости