Söyüşün
Söyüşün, ey nəciblər, söyüşün!Fəxri-millət ədiblər, söyüşün!
Söyüşün, görsənə şücaətiniz,Söyüşün, vazeh ola qeyrətiniz,Söyüşün, kəşf ola nəcabətiniz,Söyüşün, artıq ola hörmətiniz!Söyüşün, ey nəciblər, söyüşün!Fəxri-millət ədiblər, söyüşün!
Çünki yoxdur bir özgə sənətiniz,Həcv satmaq olub ticarətiniz,Pul qazanmaq olarsa niyyətiniz,Gərək hökman ola rəqabətiniz.Söyüşün, ey nəciblər, söyüşün!Fəxri-millət ədiblər, söyüşün!
Yazılar aləmin bazar eləyin,Ərsəni bir-birinə dar eləyin,Bir-birin səbnədən kənar eləyin,Nə xəcalət çəkin, nə ar eləyin.Söyüşün, ey nəciblər, söyüşün!Fəxri-millət ədiblər, söyüşün!
Hər kimin xılt olursa xununda,Şübhə yoxdur onun cünunda,Nə ola kuzəni dərununda,Əsəri görsənir birununda.Yəni siz ey nəciblər, söyüşün!Fəxri-millət ədiblər, söyüşün!
Kitabxana.az · https://kitabxana.az/ru/works/semed-mensur-soyusun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,
İki aşığın deyişməsiQoca aşıq**Cavan aşıq bir qulaq ver amandır,
Bacıoğlunun dayıya ərizəsiAy dayı, gəl bölüşək hər nə ki var vəlvələsiz,Mən cəsarətsiz uşaq, sən kələmərd, hövsələsiz.
Dayının bacıoğluya cavabıBacıoğlu, a qırışmal, bu nə sözdür, nə kələk?Aramızda a gədə, “sən” nə demək, “mən” nə demək?