Dayının bacıoğluya cavabı
Bacıoğlu, a qırışmal, bu nə sözdür, nə kələk?Aramızda a gədə, “sən” nə demək, “mən” nə demək?“Bu sənin, o biri mənim” yazdığını anlamadım.Sərhədindən dışarı sən deyəsən atdın addım.Mən dayı, sən bacıoğlu, sən uşaq, mən yekəyəm,Sən bir ovlaq kimi şeysən sürüdə, mən təkəyəm.Görünür boşdu başın, yoxdu sənin mərifətin,“Bölüşək” nə? A ədəbsiz, gicişir yoxsa ətin?Naəlac oldum əzəldən sənə tapşırdım işi:Çaşaraq yoxsa sanırsan özünü sən də kişi?Sənə verdim kabinet, avtomobil, portfeli,Əqlini aldı başından səni lap etdi dəli.“Mən”, “mənim” bir də desən, bax kəsərəm lap dilini,Bir də dinsən verərəm qoltuğuna zənbilini.Əbləh oğlu, səni qoydum ora huşyar olasan,Tutasan göz qabağın, bir uca divar olasan.Arxada mən işimi sazlayım, əncama salım,Azəri türklərini qafil edib damə salım.Əbləhanə bu xəyalatı başından uzaq et!Gecə ye bozbaşını, iç çayını, get işə yat!Yer mənim, neft mənim, kənd ilə xırman da mənim.Qəsəbə, şəhr mənim, bağ ilə gülşən də mənim.Ortağım yoxdu dənizdə, quruda, dağ-daşda,Bir özün yaxşı düşün, var isə ağlın başda?Sən özün, varü-yoxun, əhlü-əyalın da mənim,Baxışın, tərpənişin, fıkrü xəyalın da mənim.Adə russan? Malorus, ermənisən? Sarsaq adam,Səni millət sanaraq qeydinə bir zərrə qalam?Sən unutma ki, mənim bəndeyi-fərmanımsan!Əmrimə etsən itaət, gözəl oğlanımsan!Sözümə baxmasan, onda çəkərəm Moskvaya!Səni də bənd edərəm adı görünməz yuvaya.
Kitabxana.az · https://kitabxana.az/ru/works/semed-mensur-dayinin-baciogluya-cavabi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən dedim: “Rəng!” Yenə rəngi-mükərrər, deyirəm,Rəngidir ərzü səma, bərzəxü məhşər, deyirəm.
Səni mən sevməyirəm, sevməyirəmBir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.
Naz etEy rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,
İki aşığın deyişməsiQoca aşıq**Cavan aşıq bir qulaq ver amandır,
Стихи других поэтов
Ey ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,