Suyu azalmış,böyük bir çaydan keçirdilər;Gah tullanırdılarCunbulu qollar üstündən,Gah da ovuclayıb içirdilər.Qızcığaz qorxurdu ki,Bilməz, içər, bu tərtəmiz

Uşaq arxlarınbirini birdən-birə.Axı, o da yol gedir,Çata bilməz, axı,istədiyi yerə.Ata-bala sevinciKönüldə tufan qoparanda,Onları sel kimi götürübaparandaBoz-bulanıq sifətlibir dağ seliSahilini gur dalğaları ilə alıb,Dağların döşündə yeni sahillər salıb,Elə gəlirdi ki,Uğultusu,gurultusuElə yüksəlirdi ki,İnanmazdın ki, su gəlir,Deyərdin ki, zəlzələlər ordusu gəlir.Qız elə bildi ki, bu, kinodur,Ata dondu qaldı.Qızı qucağına aldı,Bərk-bərk bağrına basdı.Sahilə yüyürə-yüyürəGözlərini yumub selə qulaq asdı.Sel elə gəlirdi ki,Dalğalar bir-birinin başı üstündənİrəli, geriElə tökülürdü ki,elə tökülürdü ki...Sel çatanda ata-balaya,Ata istədi ki,qızını yerə qoyub,Qollarını çırmayıbCuma selə.Elə bunu istəyirdi ki,Sel onunla yaman görüşdü.

Əvvəlcə qurşaqdan girişdi,Sonra döşündən keçibyapışdı boğazından.Ata,sel qarışmışyaşlı gözləriniÇəkməyibməsələni daha qanan,Amma hələ də atasına inananGözəl qızından,qəşəng qızından, qara qızından,Onun tombul ayaqlarıDöyürdü seli.Atasının üzünü silirdi bir əli.Sel getdikcəqalxdı,qabardı.Atanın başını,qızın ondan yapışanəllərini də apardı.Ata son nəfəsiyləsuların zülmətindəöpürdü ayaqlarından qızının.Su içində yanan ürəyitəşnəsiyditəşnəsibir arzunun:Heç bir su axmayaydı,Yandırıb-yaxmayaydı.Bu bəlalı başındanYuxarı qalxmayaydı.Köməyə gələn adamlarO ki var yüyürdülər,Dalğalar qoynunda çırpınan,batıb gedəniki qanad gördülər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов